22 avqust 2013 23:25
Qurban Qurbanov: Heç vaxt bu qədər məyus olmamışdım
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu oyuna çox ciddi hazırlaşmağımıza, çox əmək sərf etməyimizə baxmayaraq, məğlub olduq. Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Biz Bundesliqanı təmsil edən çox yaxşı komandaya qarşı oynadıq. Mən heç vaxt belə məyus olmamışdım. Əvvəllər də məğlubiyyətlərimiz olmuşdu. Amma bu gün aldığımız yenilgi mənim üçün daha üzücü oldu. Çünki Bakıya bu qədər azarkeş toplanmışdı, bizdən qələbə gözləyirdilər”.
