22 avqust 2013 23:47
Muarem: Mən qol şansımı dəyərləndirə bilsəydim...
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən əlimə düşən qol şansını dəyərləndirə bilsəydim, hər şey fərqli də alına bilərdi. Daha tez zərbə endirmək lazım idi. Hesabı bərabərləşdirməyi çox istəyirdik. Bütövlükdə, “Qarabağ”ın pis oynamadığını düşünürəm. Amma bu, məğlubiyyətdən qaçmağımıza imkan vermədi”.
