23 avqust 2013 00:07

Armin Fe: Stadiona sanki təyyarə enmişdi

Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Biz bu oyuna ciddi hazırlaşmışdıq. Diqqətli oynamağa çalışırdıq. İlk qoldan sonra oyuna nəzarəti əldə saxlamağa çalışdıq. Amma “Qarabağ” yaxşı oynadı, qol vəziyyətləri də yaradırdı. Xoşbəxtlikdən ikinci qolu da vura bildik. Lakin hələ qrup mərhələsində olduğumuzu deməzdim. Hər şey cavab matçından asılıdı.
 
- “Qarabağ” Bundesliqada oynaya bilər?
- Mən bunu bir oyunla müzakirə edə bilmərəm. Daha çox müqayisələr aparmaq lazımdı.

- Cavab matçından nə gözləyirsiz?
- Ümid edirəm ki, “Eintracht”ı qrup mərhələsinə çıxaracaq nəticə qazana biləcəyik.
 
- Sizcə, bu gün “Qarabağ”da nə çatışmırdı?
- Bilirdik ki, sizin 14 nömrəli futbolçunuz (Rəşad Sadıqov) çox yaxşı oyunçudu. Amma biz onu neytrallaşdıra bilmişdik.
 
- “Qarabağ”ın azarkeşlərini almaniyalı fanatlarla müqayisə etmək olar?
- Çox yaxşı dəstəklədilər. Bizim azarkeşlər də bu gün pis deyildilər. İkinci hissədə isə sanki meydançaya təyyarə enmişdi. Azarkeşlərin dəstəyi o dərəcədə güclənmişdi.
 
- Ağdam klubunun heyətində kimi xüsusi qeyd edərdiniz?
- “Qarabağ” çox yaxşı komandadı. Kimisə ayrıca qeyd etmək istəmirəm.
 
- “Qarabağ”ın Azərbaycanın işğal altında olan rayonlarından birini təmsil etdiyini bilirsiz?
- Biz komandanın ev oyunları doğma meydanda keçirmədiyini bilirdik. Ondan da xəbərimiz var ki, bu klub vaxtilə rəqiblərini Ağdamda qəbul edib.
 
- Azərbaycan yığmasından dəvət gəlsə, qəbul edərsiz?
- (gülür) Mən hələ Berti Foqtsun gedəcəyini və ya qalacağını bilmirəm. Həm də “Eintracht” ilə müqaviləm var. Hara gedə bilərəm?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.