22 avqust 2013 12:44
Qəbələ Qarabağla oyuna bir itki ilə hazırlaşır
“Qəbələ” Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutacaq "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Yuri Syominin başçılığı ilə keçirilən hazırlıq prosesində kollektiv tam heyətlə iştirak edir.
Hazırda bərpa prosesi keçən Nuran Qurbanov komandadan ayrı çalışır.
Xatırladaq ki, "Qəbələ" - "Qarabağ" matçı avqustun 25-də saat 18:00-da start götürəcək. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
