23 avqust 2013 00:37
Vüqar Nadirov: Almaniyada daha yaxşı oynamağa çalışmalıyıq
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna sonradan qoşulsam da, komandama kömək etməyə, daha sürətli oynamağımıza çalışdım. Amma alınmadı. Belə nəticə gözləmirdik. İndi Almaniyada daha yaxşı oyun sərgiləməyə çalışmalıyıq”.
