23 avqust 2013 01:04
Miro Varvodiç: Komandama kömək edə bilmədim
“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Təəssüf ki, lazım olan nəticəni qazana bilmədik. Rəqibimiz çox güclü idi. Bu üzdən bizə oynamaq çox çətin idi. Təəssüf ki, mən də komandama kömək edə bilmədim”.
