23 avqust 2013 01:18
Rəşad Sadıqov: Qarabağın ümumiyyətlə oyunu getmədi
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun nəticəsi bizi çox məyus etdi. Birinci hissədə ümumiyyətlə oyunumuz getmədi. Rəqib isə çox uğurlu şəkildə pressinq tətbiq edirdi. Biz isə öz növbəmizdə hücumlar qurmaqda çətinlik çəkdik. Düzdü, qol vəziyyətlərimiz oldu. Sadəcə, onlardan yararlana bilmədik. Nəticədə məğlubiyyət qaçılmaz oldu”.
