22 avqust 2013 15:58
Ağasəlim Mircavadov: Qarabağın uğur qazanmaq şansı var
Əməkdar məşqçi Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Almaniya “Eintracht”ı ilə oyunlardakı şanslarını dəyərləndirib. O, bu gün baş tutacaq ilk oyun öncəsi azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Qarabağ”a sadəcə sonuncu addımı atmaq qalır. Onlar Avroliqanın qrup mərhələsinə çox yaxındılar. “Eintracht” güclüdü. Amma futbolda hər şey mümkündü və hər bir komandanın uğur qazanmaq şansı var. Rəqib komanda ölkə çempionatının ilk iki turunda məğlub olub. Bu üzdən onlar Bakıda mümkün qədər yaxşı oyun sərgiləməyə çalışacaqlar. Ağdamlılarda da yaxşı motivasiya var. Komanda çempionatda da yaxşı çıxış edir. İndi bizimkilər elə oynamalıdılar ki, sanki final matçına çıxıblar. Əgər burda qələbə qazansaq, Frankfurtdakı oyun üçün şansımız qalacaq”.