22 avqust 2013 13:42

Leroy Corc: Eintracht ilə oyunda Reynaldosuz da nəticə qazana bilərik

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
 
- Komandanız Almaniya “Eintracht”ı ilə oyuna necə hazırlaşıb?
- “Xəzər Lənkəran”la çətin oyunun ardından bizim hazırlıq üçün müəyyən vaxtımız var idi. Komanda artıq bərpa dövrünü keçib və hamı bu oyuna hazırdı.
 
- Reynaldo istisna olmaqla...
- Hə, onda komandadan ayrı çalışır. Təəssüf ki, bizə kömək edə bilməyəcək. “Qarabağ” üçün bu, çox ciddi itkidi. Amma buna baxmayaraq, biz onun yoxluğunda da “Eintracht” ilə oyunda uğurlu nəticə qazana bilərik.
 
- Necə nəticəni nəzərdə tutursuz?
- Fikrimcə, istənilən hesablı qələbə bizə üstünlük qazandıracaq. Amma bunun üçün qol vurmağımız lazım gələcək. Həmçinin düşünürəm ki, bizim qol buraxmamağımız da asan olmayacaq. Qol buraxmadan qələbə qazansaq, bu, ümumi qələbə yolunda çox önəmli addım olacaq.
 
- Bilirsiz ki, stadion tam dolu olacaq?
- Bilmirdim. Hər halda xəbər verdiyiniz üçün sağ olun. Hələ Azərbaycanda dolu tribunalar qarşısında oyun keçirməmişəm. Əlbəttə, bu fakt bizə qələbə qazanmaq yolunda əlavə stimul olacaq.
 
- Komandanız Avroliqa ilə yanaşı çempionatda da uğurlu çıxışını davam etdirir...
- Bunlar iki fərqli turnirlərdi. Amma biz turnirlərin, oyunların statusundan asılı olmayaraq, hər dəfə meydana yalnız qələbə qazanmaq üçün çıxırıq. Xüsusilə Premyer Liqada qarşımıza ən yüksək hədəflər qoyulub.
 
- Çempionat Avroliqadakı çıxışınıza mane olmur ki?
- Gördüyünüz kimi, hələlik heç bir təsiri yoxdu. Premyer Liqa oyunlarında məşqçilər korpusu rotasiyalara da əl atır. Məsələn, “Xəzər Lənkəran”la son çempionat oyununda da belə dəyişikliklər oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.