22 avqust 2013 13:53
Eintracht kapitanını itirdi
Almaniyanın “Eintracht” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq Frankfurt təmsilçisi kapitanı Pirmin Şveqlerin xidmətindən məhrum olub.
Buna təcrübəli yarımmüdafiəçinin zədələnməsi səbəb göstərilir. İsveçrəli futbolçu Bakıya gətirilsə də, onun bu oyunda iştirakı ehtimal edilmir.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı bu axşam Tofiq Bəhramov adına Respbulika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı bu axşam Tofiq Bəhramov adına Respbulika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
