22 avqust 2013 14:05
Xəzər Lənkərana Böyük oyun öncəsi şad xəbər
“Xəzər Lənkəran” “Böyük oyun”un hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turunda “Neftçi”ni qonaq edəcək cənub təmsilçisi bu oyuna doğma divarlar arasında hazırlaşır.
Komandada qapı xətti ilə bağlı yaranan problem yoluna düşmək üzrədi. Belə ki, zədəli olan Orxan Sadıqlı artıq sıraya dönüb və ümumi məşqlərə qatılmağa başlayıb. Duqlas Leytenin zədəsi isə davam edir və komandanın tibb korpusu onun bərpası üçün səylərini davam etdirir. Braziliyalı qolkiperdən başqa komandada zədəli yoxdu.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı avqustun 25-də Lənkəranda keçiriləcək.
