22 avqust 2013 14:16
Bakı Simurqla oyuna 5 itki ilə hazırlaşır
“Bakı” “Simurq”la oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam etdirib. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında saat yarım məşq edib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev və Aqil Nəbiyev məşqdə iştirak etməyib. Şəhriyar Әliyev, Junior və Rauf Əliyev komandadan ayrı çalışıblar.
Xatırladaq ki, Topaz Premyer Liqasının 4-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Simurq" matçı avqustun 24-də, saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.
