22 avqust 2013 14:23
Pantiç: Simurqla oyunda əsas məqsədimiz...
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 4-cü turunun "Simurq"la qarşıdakı oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları söyləyib:
“Biz artıq “Rəvan”la keçirdiyimiz oyunu unutmuşuq. Qarşıda bizi çox güclü rəqib gözləyir. “Simurq” 90 dəqiqə meydanda oynayan komandalardandı. Buna baxmayaraq bizim əsas məqsədimiz qələbə qazanmaqdı”.
Xatırladaq ki, Topaz Premyer Liqasının 4-cü turu cərçivəsində keçiriləcək "Bakı" - "Simurq" matçı avqustun 24-də, saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.
