23 avqust 2013 02:27
Hafiz Məmmədov Atleticoya Pelenin DÇ-də oynadığı topu hədiyyə etdi
Xəbər verdiyimiz kimi, futbol üzrə İspaniya Super Kubokunun ilk matçı çərçivəsində keçirilən “Atletico” – “Barcelona” oyununu “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov və Azərbaycan futbolunun tanınmış veteranları İqor Ponomaryovla İsgəndər Cavadov da canlı izləyivlər. Azerisport.az xəbər verir ki, oyundan əvvəl Hafiz Məmmədov “Atletico”nun rəhbəri Migel Anhel Gilə top hədiyə edib.
Bu futbol kralı sayılan Pelenin Dünya Çempionatında oynadığı topdu.
Xatırladaq ki “Atletico” – “Barcelona” matçında 1:1 hesablı heçheçə qeydə alınıb.
