23 avqust 2013 02:22
Fatih Terim rəsmən Türkiyə millisində!
Fatih Terim rəsmən Türkiyə millisinin baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, “İmperator” ləqəbli mütəxəssis ötən gün Türkiyə Futbol Federasiyası ilə rəsmi müqavilə imzalayıb.
59 yaşlı Terim bu dəfə 1 illik müqaviləyə imza atıb. Anlaşmaya əsasən o, 1 il ərzində həm milli komandanı, həm də “Galatasaray”ı çalışdıracaq.
Qeyd edək ki, bu, Terimin Türkiyə millisində üçüncü hakimiyyət dövrüdü. O, ilk dəfə 1993-96-cı illər aralığında bu komandaya rəhbərlik edib. 2005-ci ildə yenidən bu komandanın sükanı arxasıan keçən təcrübəli müətəxəssis 2009-da millidən ayrıldı. Onun bu dəfəki “milli fəaliyyət dövrünün” nə qədər uzanacağını isə zaman göstərəcək.
2011-ci ildən “Galatasaray”ın sükanı arxasında çalışan Terim məşqçilik karyerası ərzində “Ankaragücü”, “Göztepe”, “Fiorentina”, “Milan” kimi klubları da çalışdırıb.
