22 avqust 2013 15:12
“Qazonun durumu Qarabağın öz oyununu sərgiləməsinə mane olmayacaq”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Eintracht” klubunun futbolçularının mərkəzi arenanın qazonundan narazılıq etməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Belə demək mümkünsə, qazon “xəstələnib”. Bu, bizdən asılı olmayan səbəblər ucbatından baş verib. Deməzdim ki, indi qazon çox acınacaqlı durumdadı. Amma hər halda İsveç “Gefle”si ilə oyunda indikindən yaxşı idi. Bu amilin “Qarabağ”ın oyununa təsir göstərəcəyini düşünmürəm. Bu, “Qarabağ”ın öz oyununu sərgiləməsinə mane olmayacaq. Ümid edirəm ki, Ağdam komandası bu gün qələbə qazanacaq. Qazonun sonrakı durumuna gəlincə, bir həftə sonra hər şey qaydasına düşəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı bu gün keçiriləcək və saat 21:00-da start götürəcək.