22 avqust 2013 16:12
Qarabağdan ayrılan futbolçu Rəvana keçir
“Rəvan” daha bir transfer həyata keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu yayın transfer bazarında ən fəallardan olan “aslanlar” bu dəfə də keçmiş futbolçusunu geri qaytarmağa qərar verib.
Söhbət Kristian Torresdən gedir. Argentinalı yarımmüdafiəçi son mövsümü “Qarabağ”da keçirmişdi. Lakin o, məhz “Rəvan”dan keçdiyi Ağdam klubunda möhkəmlənə bilmədiyindən, ölkəsinə dönmək məcburiyyətində qalmışdı.
Cari mövsümə yaxşı başlamayan “Rəvan”ın yeni baş məşqçisi Vladislav Qədirov isə vaxtilə rəhbərliyi altında oynamış Torresi geri qaytarmaqla komandanı çətin vəziyyətdən çıxaracağına ümid edir.
