22 avqust 2013 17:38
Ən düşərsiz rəqib
Topaz Premyer Liqasının 4-cü turunda "Rəvan” "İnter” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, ilk turlarda məğlubiyyətlərlə yadda qalan 2 komandanın dueli indidən prinsipiallığı ilə diqqət çəkir.
Oyunun paytaxt derbisi olması da qeyd olunmalıdı.
Komandalar buna qədər aralarında 4 oyun keçirib. Amma “Rəvan” bu rəqibindən xal ala bilməyib. Premyer Liqada iştirak etdiyi 2 il ərzində "Rəvan” cəmi 4 kluba qalib gələ bilməyib. Amma "İnter”dən fərqli, digər 3 komanda (Qarabağ, Simurq və Bakı) ilə görüşlərdə minimum 2 xal toplamaq mümkün olub.
