23 avqust 2013 11:05
Araz Türkiyə klubları ilə sınaq matçı keçirmək üçün Ərzuruma gedir
Məşqlərini gündə 2 dəfə İ.Axundlu adına Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” gələn həftə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, “Ərzurumspor” klubunun idman bazasında baş tutacaq toplanışda komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb.
Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra “Çaykur Rizespor”la görüşəcək.
10 günlük Ərzurum hazırlığının ardından “Araz” Naxçıvana geri dönərək məşqlərini yerli arenada bərpa edəcək.
