23 avqust 2013 11:48
Kevin Trapp: Qarabağı yaxşı öyrənmişdik
Almaniyanın “Eintracht” klubunun qapıçısı Kevin Trapp Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ” yaxşı komandadı. Amma biz onları ətraflı öyrənə bilmişdik. Bu üzdən də meydan sahibləri qapımız qarşısında elə də çox qol vəziyyətləri yarada bilmədilər. Biz isə gələcəyə optimist baxmağımıza imkan verən nəticəyə nail ola bildik”.
