23 avqust 2013 12:07

Rəşad Sadıqov: Bakıdakı oyunda qalib gələcəyimizə çox inanırdıq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- Almaniya “Eintracht”ı ilk oyundan məğlub ayrıldınız. Matçla bağlı nə deyə bilərsiz?
- Nəticə bizi çox məyus etdi. Birinci hissədə ümumiyyətlə oyunumuz alınmadı. Rəqib meydanın bütün hissələrində çox güclü pressinq tətbiq edirdi. Öz hücumlarımızı qura bilmədik. İkinci hissədə yaxşı qol epizodları yaxalasaq da, hesabı bərabərləşdirə bilmədik. Əvəzində rəqib ikinci qolu vurdu ki, bu da oyunun nəticəsini müəyyənləşdirdi.
 
- Meydanın ot örtüyünün pis olması oyununuza nə dərəcədə təsir etdi?
- Bu haqda heç danışmaq istəmirəm. Meydanın vəziyyəti çox acınacaqlı idi. Bizə onsuz da güclü pressinq qarşısında oynamaq çətin idi. Bu azmış kimi, qazon da əlavə problemlər yaradırdı. Amma mən bütün günahı qazonun üzərinə atmaq fikrində deyiləm. Heç məğlubiyyətimizin əsas səbəbi də bu deyildi. Sadəcə, təəssüflənirəm ki, Avroliqanın pley-off oyunu belə bir örtükdə keçirildi.
 
- “Eintracht” da oyundan öncə qazondan şikayətlənirdi. Amma bu, onların qalib gəlməsinə mane olmadı...
- Onlar üçün qazonun ideal olması çox da vacib deyildi. Almanlar bütün oyun ərzində pressinq etdilər və bizə oynamaq imkanı vermədilər. “Qarabağ” elə komandadı ki, topla oynamağı çox sevir. Topsuz oynaya bilmirik. Rəqib isə bizi məhz topsuz saxlamaqla zərərsizləşdirmiş oldu.
 
- Sizcə, bu oyunun taleyini təcrübə həll etdi, yoxsa səviyyə fərqi?
- Elə hər ikisi. Amma ən əsası rəqibin daha yüksək səviyyəli komanda olmasını qeyd edərdim. Məhz bu üzdən zərbələri, ötürmələri də dəqiq alınırdı. Bizdən fərqli iki qol vurdular. Bütün bunlar aradakı fərqin göstəricisidi.
 
- İkinci qoldan sonra qapıçı Miro Varvodiçə narazılığınızı bildirdiniz. Ondan həmin epizodda nə gözləyirdiniz ki?
- Varvodiç qapısını tərk etməməliydi. Onsuz da Maksim rəqib futbolçu ilə mübarizə aparırdı. Qapıçının da ora getməsi səhv addım idi.
 
- Cavab oyunundan nə gözləyək?
- Mərhələ keçmək artıq çox çətindi. Amma biz oynamağa çalışacağıq. Ən azından layiqli futbol sərgiləmək istəyirik. Biz rəqibi yaxşı analiz etmişdik. Amma etiraf edim ki, onların Bakıda bu qədər yaxşı oynayacaqlarını gözləmirdik. Görünür, onlar da bizi çox yaxşı öyrəniblər.
 
- Rəqibin daha güclü, səviyyəli komanda olduğunu qeyd etdiniz. Elə isə niyə bu qədər məyus görünürsüz?
- Biz hamımız mərhələ keçəcəyimizə çox inanırdıq. Əsasən də ev oyununda qələbə qazanacağımıza ümidli idik. Bax buna görə çox məyus olmuşam ki, qalib gələ bilmədik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.