24 avqust 2013 00:36
Muarem: Qarabağın cavab matçı üçün şansı az da olsa, qalır
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi
- “Qarabağ” Almaniya “Eintracht”ı ilə oyuna niyə belə həyacanlı başladı?
- Onlar ilk dəqiqələrdən pressinq tətbiq etməyə başladılar. Düzdü, biz buna da hazır idik. Sadəcə, “Eintracht”da bu, çox yaxşı alındı. Biz isə istədiyimiz oyunu sərgiləyə bilmədik. Buna baxmayaraq, yenə də özümüzə gələ, qol epizodları yarada bildik. Amma onları dəyərləndirməyi bacarmadıq.

- Ən real qol vəziyyətlərindən birini siz qaçırdınız...
- Hə. Hələ də anlaya bilmirəm ki, niyə hər şey elə alındı. Düzünü deyim ki, topa yaxınlaşanda necə vuracağımı düşünmürdüm. Yəqin ki, elə əsas səhvim də məhz bu oldu. Belə oyunlarda hər şey ani baş verir. Azca gedikdinsə, istədiyinə nail ola bilməzsən.
- Reynaldonun yoxluğu hiss olunurdu?
- Komandamız üçün hər bir futbolçu çox vacibdi. Əlbəttə, Reynaldosuz bizə çətin idi. Amma onu da demək olmaz ki, Reynaldo oynasaydı, hər şey tam fərqli olacaqdı. Çünki bir futbolçu meydanda hər şeyi həll etmək gücündə deyil.

- Demək olar ki, hər şeyi səviyyə fərqi həll etdi?
- Rəqibdən səviyyə baxımından ciddi şəkildə geri qaldığımızı düşünmürəm. Əlbəttə, rəqibin hansı çempionatın təmsilçisi olduğunu oyunun gedişindən də hiss etmək mümkün idi. Amma biz də Almaniya klubu ilə oynamağa qadir olduğumuzu göstərdik. Sadəcə, ələ düşən qol şanslarından maksimum yararlanmağımız lazım idi.

- Cavab oyunundan nə gözləmək olar?
- “Qarabağ” Almaniyaya yaxşı nəticə üçün gedəcək. Biz güzəştə getməyə hazırlaşmırıq. Evdə məğlub olsaq da, sona qədər mübarizə aparacağıq. Hətta Avroliqa ilə vidalaşmalı olsaq da, bunu layiqli şəkildə etməliyik. Şans az olsa da, hələ var.

- “Eintracht”a səfərdə üç qol vurmaq şansı?
- Futbolda hər şey olur. Bizə sadəcə rəqibdən qorxmamaq lazımdı. Rəqibi iş başında görmüşük. İndi onları daha yaxşı tanıyırıq. “Qarabağ” səfərdə tam fərqli oynayacaq.

- Bazar günü sizi çempionatda “Qəbələ” ilə oyun gözləyir. Bu oyun barədə nə deyə bilərsiz?
- Bərpa olmağımız lazımdı. Bu oyuna tam təzə beyinlə çıxmaq istəyirik. Düzdü, yorğunluq olacaq. Amma “Qəbələ” ilə oyun da bizim üçün çox vacibdi. Üç turdan sonra doqquz xalımız var. Qələbə seriyamızı davam etdirməyimiz lazımdı.