23 avqust 2013 13:03

“Qarabağla matçda yalnız 3 xal hədəfləyirik”

"Sumqayıt"la matçda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bəxt amili də həmin qarşılaşmada bizdən üz döndərdi. Amma artıq həmin oyunu unutmuşuq. Diqqətimizi növbəti oyuna - "Qarabağ"la görüşə yönəltmişik. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Komanda olaraq sözügedən qarşılaşmaya yaxşı kökləndiyimizi deyə bilərəm".
 
Azerisport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin gənc müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ”la matç öncəsi səsləndirib. Rəqib haqda fikirlərini bölüşən Abbasov Ağdam təmsilçisinin güclü olduğunu, amma komandasının rəqibdən çəkinmədiyini bildirib. O, meydançaya qələbə üçün çıxacaqlarını vurğulayıb:
 
"Qarabağ" cari mövsümdə həm ölkə çempionatı, həm də Avroliqada nümayiş etdirdiyi oyunla nəyə qadir olduğunu göstərir. Dünən baş tutan "Qarabağ" - "Ayntraxt" Frankfurt matçını birlikdə izlədik. "Qarabağ" layiqli mübarizə apardı. Fərqlənmək imkanları da oldu. Heyf ki, bu şanslardan yararlana bilmədilər. 2 gün sonra isə Ağdam təmsilçisinin Qəbələ səfəri var. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik. İnanıram ki, doğma meydança və azarkeş amilindən yararlanaraq istəyimizə nail olacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.