23 avqust 2013 13:21
"Qarabağ Frankfurtda öz oyununu sərgiləsə, qalib gələ bilər"
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Almaniya “Eintracht”ına məğlubiyyəti (0:2) necə şərh edə bilərsiz?
- Gördüyünüz kimi, qazonun vəziyyəti çox pis idi. Birinci hissədə rəqibi öz oyunumuza alışdırmaq istəyirdik. Amma buna nail ola bilmədik. Meydançanın ağır vəziyyətdə olması səbəbindən adicə topu qəbul etmək üçün 2-3 toxunuşdan istifadə etmək lazım gəlirdi.

- Deməli, məğlubiyyətin əsas səbəbi qazondu?
- Rəqibin bizdən daha güclü, səviyyəli komanda olması da sözünü dedi. Bilirdik, başa düşürdük ki, güclü komandadı, Bundesliqada çıxış edir. Amma onlar tamamilə fərqli futbol oynadılar. Təəssüf ki, iki qol buraxdıq. Bu da bizim şanslarımızı tamamilə azaltmış oldu.

- Öz cinahınızda təkbətək mübarizələrin demək olar ki, 90 faizində uduzdunuz...
- Onlar ucaboy olmalarından da maksimum yararlanırdılar. Bu baxımdan biz onlara aşkar uduzurduq.
- Bəs cavab oyununda nə edəcəksiz?
- Hazırlaşacağıq. Hələ bu oyundan sonra özümüzə gəlməyimiz lazımdı. Öncə Premyer Liqanın 4-cü turunun “Qəbələ” ilə oyunu barədə düşünməliyik. Yalnız ondan sonra Almaniyadakı qarşılaşma barədə fikirləşmək olar.

- Almaniyada daha böyük hesabla uduzmayacaqsız ki?
- Buna imkan verməməliyik. Onların stadionu o qədər də pis deyil. Ora məğlub olmaq üçün getməyəcəyik. Əgər öz futbolumuzu oynaya bilsək, qələbə də qazana bilərik. Çox şey bizim oyuna necə başlayacağımızdan, rəqibin hansı taktikanı seçməsindən asılı olacaq.

- Əgər onlar yenə də güclü pressinq tətbiq etsələr, onda necə olacaq?
- O zaman bizə çox çətin olacaq. Bunu ilk oyun da göstərdi.

- Reynaldonun yoxluğunu hiss etdiniz?
- Hə. O bizə bu oyunda çox kömək edərdi.