23 avqust 2013 22:32
Vaqif Sadıqov: Bizə aqressivlik çatışmır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 4-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib qapısına daha çox qol vura bilərdik. Amma bizdə aqressivlik çatışmır. İkinci hissədə rəqib azlıqda oynasa da, biz qorxaq futbol sərgilədik. Yuri Fomenkonun zədəsi ciddidi və hələlik meydana nə vaxt qayıdacağı bilinmir. Transfer pəncərəsi bağlanana kimi, daha bir futbolçu transfer edə bilərik”.
