23 avqust 2013 22:45
Aqil Məmmədov: Hakimlikdən narazıyam
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 4-cü turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Birinci hissəni aşkar şəkildə zəif keçirdik. İkinci hissədə isə, azlıqda qalmağımıza rəğmən, daha yaxşı oynadıq. Hakimlikdən narazı qaldım. Təkcə ona görə yox ki, iki futbolçumuzu meydandan qovdu. Digər narazı qaldığımız məqamlar da vardı”.
