23 avqust 2013 13:52
“Eintracht Qarabağdan çox güclü idi və qələbəni tam gücünü qoymadan əldə etdi”
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniya “Eintracht”ı ilə ilk oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:2 hesabıyla uduzduğu görüşü belə şərh edib:
“Almanların bu oyuna heç bir təzyiq olmadan çıxdığı hiss olunurdu. Onlar heç tam güclərini də qoymadılar. Bir neçə epizodda səhvə yol verdilər, “Qarabağ”a yaxşı hücumlar təşkil etməyə imkan yaratdılar. Amma yenə də bizimkilər bu imkanlardan yararlana bilmədilər. “Eintracht” daha güclü idi. Onlar qələbəyə də layiq idilər. İndi “Qarabağ” cavab görüşündə va-banka getməyə məcburdu. Çünki itiriləsi heç nəyimiz qalmayıb. Mən bir şeyi də başa düşə bilmirəm ki, Azərbaycan və Almaniya futbolu nə vaxtdan müqayisə olunacaq səviyyəyə çatıb? Biz Bundesliqa səviyyəsindən çox uzaqdayıq. Bunu dərk etmək lazımdı”.