23 avqust 2013 14:44
İnterdə çoxdan gözlənilən qayıdış (FOTO)
Məlum olduğu kimi, bir neçə ay öncə əvəzedicilər arasında keçirilən “İnter” - “Simurq” matçında “bankirlər”in futbolçusu Fuad Bayramov ağır zədə almışdı. Azerisport.az xəbər verir ki, hələ ötən mövsümün sonlarından müalicə alan futoblçunun bərpa prosesi kifayət qədər yaxşı keçir.
Onun tezliklə yaşıl meydanlara qayıtması gözlənilir. Klubun rəsmi saytının yaydığı məlumata görə, artıq Fuad Bayramovun adı PFL-ə təqdim olunan iştirak ərizəsinə də daxil edilib.
Qeyd edək ki, gənc oyunçu yenidən 24 nömrə altında çıxış edəcək.
