24 avqust 2013 11:45

Vanderson Skarduelli: XL üçün böhrandan ən yaxşı çıxış yolu Neftçi üzərində qələbədi

“Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduellinin azerisport.az saytına müsahibəsi
 
- “Xəzər Lənkəran”ı Premyer Liqanın 4-cü turunda “Neftçi” ilə oyun gözləyir. Matç öncəsi komandada vəziyyət necədi?
- Bu oyun bizim üçün finala bərabərdi. Əminəm ki, bu oyunda qələbəni aarkeşlərimiz də çox istəyirlər. “Xəzər Lənkəran” bu mövsümə uğursuz başlayıb. “Neftçi”nin isə üç turdan sonra doqquz xalı var. Odu ki, komandalar tam fərqli vəziyyətdədilər. Çox gözəl başa düşürük ki, bu komanda üzərində qazanılacaq qələbə “Xəzər Lənkəran”ın böhrabdan çıxması üçün ən yaxşı yoldu.
 
- “Neftçi” favoritdi?
- Belə oyunlarda favorit olmur. Burda sadəcə 90 dəqiqə ərzində qələbə üçün döyüşmək lazımdı. İndiki zamanda bu qələbəyə bizim daha çox ehtiyacımız var, nəinki rəqibin. “Neftçi”nin həqiqətən çox güclü futbolçuları var. Amma biz daha çox öz oyunumuzu, azarkeşlərimiz qarşısında necə bəraət qazana biləcəyimizi düşünməliyik.
 
- Julius Vobay və Nikolas Kanales kimi futbolçular artıq “Neftçi”də deyil. Bu, sizin işinizi asanlaşdırır?
- Əminəm ki, yox. “Neftçi” onların yoxluğunda ardıcıl üç qələbə qazanıb. Hər mövqe üzrə əla oyunçuları var. Təbii ki, onlar da “Xəzər Lənkəran” kimi prinsipial rəqiblə oyunda özlərini göstərməyə çalışacaqlar. Əgər qələbə qazana bilməsək, onda çox pis olacaq. Amma tam olaraq uğur qazanmağa köklənmişik.
 
- Siz, klubunuzun yubiley mövsümünü uğurla başa vuracağınıza inanırsız? Axı azarkeşlər komandadan bu il çempionluq gözləyirlər...
- Düzdü, indi biz rəqiblərimizdən çox geri qalırıq. Amma qarşıda 33 tur var. Bütün komandalar xal itirəcəklər. Əgər planla irəliləsək, rəqiblərimizə diqqət yetirməyə ehtiyac qalmayacaq. Komandamızın bütün üzvləri uğursuz gedişatın mümkün qədər tez dayanmasını çox istəyir.
 
- Avropa Liqasındakı uğursuz çıxış “Xəzər Lənkəran”a bu dərəcədə pis təsir etdi ki, komanda hələ də özünə gələ bilmir?
- Gizlətmirəm, Hayfa “Maccabi”sinə məğlubiyyəti hələ də unuda bilməmişik. Digər tərəfdən biz normal futbol oynayırıq. Sadəcə, nəticə qazana bilmirik. Lakin Avroliqadakı uğursuzluğu tam unutmağımız lazımdı. Hakimlik də öz sözünü deyir. Məsələn, “Qarabağ”la oyunda qapımıza heç nədən penalti təyin olundu. Həmin penalti olmasaydı, qalib gələcəyimizi iddia edə bilmərəm. Amma bu cür qərarlar da bizim indiki durumumuza pis təsir göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.