24 avqust 2013 12:15
Qarabağ Qəbələ ilə oyun öncəsi cəmi 1 məşqə çıxacaq
“Qarabağ” bu gün yola düşür. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda “Qəbələ”nin qonağı olacaq komanda eyniadlı rayona yollanır.
2 gün öncə Avroliqanın plEy-off mərhələsində Almaniya “Eintracht”ı ilə qarşılaşan komanda dünən istirahət etmişdi. Belədə komanda “Qəbələ”yə çatdıqdan sonra oyundan öncə ilk və sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu avqustun 25-də keçiriləcək və saat 18:00-da start götürəcək.
