25 avqust 2013 00:16
Fərid Quliyev Türkiyədə ikinci matçına çıxdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda evdə “Ankaraspor”la qarşılaşıb. Görüş sülhə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Fərid 89-cu dəqiqədə meydana buraxılıb. Muradın adı isə ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.
Quliyevlə Axundzadənin komandası hazırda cəmi 1 xal toplaya bilib və 11-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
2-ci tur
24 avqust
Kahramanmaraşspor - Ankaraspor - 1:1
