25 avqust 2013 00:25
XL yeni məşqçisinin adını açıqladı
"Xəzər Lənkəran"ın məşqçi korpusuna yeni mütəxəssis cəlb olunub. Azerisport.az xəbər verir ki, cənub klubu italiyalı Covanni Melkiorreni komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin edib.
51 yaşlı Melkiorre "Xəzər Lənkəran"da tanış simadı. Belə ki, italiyan məşqçi 2011-ci ildə bu komandada çalışıb. Melkiorrenin işlədiyi klubların siyahısında Türkiyənin “Galatasaray”, Rumıniyanın “Astra” və “Petrolul” klubları da var.
Mütəxəssisisin son iş yeri isə digər rumın klubu “CFR Cluj” olub.
Covanni Melkiorre ilə "Xəzər Lənkəran" arasında 2 illik müqavilə bağlanıb.
