25 avqust 2013 01:18
Land of fire Azerbaijan ilə liderliyə (FOTOLAR)
Futbol üzrə Fransa 2-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lens” klubu da növbəti matçına çıxıb.
Yüksək liqaya vəsiqə uğrunda yarışan və “Land of fire Azerbaijan” foması ilə çıxış edən bu komanda hesabat turunda “Laval”ın qonağı olub. “Azərbaycan komandası” bu dəfə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 56-cı dəqiqədə “Laval” meydanda 9 nəfərlə qalıb. “Lens” isə qolları matçın son dəqiqələrində vurub.
Bu qələbədən sonra “Lens" turnir cədvəlində liderliyə yüksəlib. Hazırda komanda 4 oyundan 10 xala malikdi.
Fransa, Liqa 2
4-cü tur
17 avqust
Laval - Lans - 0:2
Qol: Yahya, 85 (0:1), Salli, 90+1 (0:2).
