25 avqust 2013 01:29
Yığmamızın üzvü Schalkeyə qarşı oynamadı, komandası qalib gəldi
Futbol üzrə Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover” də növbəti matçına çıxıb.
Futbolçumuzun komandası bu tur evdə “Schalke” ilə qarşılaşıb. Görüş “Hannover”in qələbəsi ilə başa çatıb.
Gökdəmirin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz bu dəfə də heyətdə yer almayıb.
Üç turdan sonra “Hannover” 6 xalla altıncı yerdə qərarlaşıb.
Almaniya Bundesliqası
3-cü tur
24 avqust
Hannover – Schalke - 2:1
