25 avqust 2013 01:47
İli vaxtından əvvəl başa vuran futbolçu uğurla əməliyyat olundu (FOTO)
Topaz Premyer Liqasının ilk turunda "Simurq” ilə Qəbələdəki oyun “Rəvan” üçün təkcə hesaba görə yox, həm də aparıcı oyunçularından olan Tofiq Mikayılovun ağır zədə alması səbəbilə üzücü oldu. Azerisport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən biri hələ ilk hissədə sağ dizinin xaçvari bağlarının qopması üzündən oyunu vaxtından əvvəl tərk etməli olmuşdu.
Artıq "22” nömrə uğurla əməliyyat olunub. Mərkəzi Klinik Xəstəxanada Türkiyədən gəlmiş həkimlərin əməliyyat etdiyi futbolçu artıq özünü yaxşı hiss edir.
Komandanın həkimi Ceyhun Əliyevin verdiyi məlumata görə, tam bərpa kursu təxminən 4-5 ay çəkəcək. Başqa sözlə, Mikayılov yaşıl meydanlara bir də gələn ilin əvvəlində dönə biləcək.
