25 avqust 2013 02:05
Aqil Nəbiyev də Bakıdan ayrılır
“Bakı” daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bu, müdafiəçi Aqil Nəbiyevdi.
Artıq onun karyerasını hansı komandada davam etdirəcəyi də böyük ölçüdə müəyyənləşib. Belə ki, Nəbiyev “Rəvan”a keçməyə hazırlaşır. Tərəflər yaxın günlərdə bu transferi rəsmən açıqlayacaqlar.
Qeyd edək ki, Aqil yeni mövsümdə “Bakı”nın heyətində rəsmi oyuna da çıxıb. O, “Qəbələ” ilə oyunda (1:2) 90 dəqiqə mübarizə aparmaq şansı qazanmışdı.
