25 avqust 2013 02:14
Xəzər Lənkəran - Neftçi: 1 500 bilet satılıb
Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda Böyük oyuna cəmi 1 500 bilet satılıb.
Lakin oyuna saatına qədər ən azı 10 000 bilet satılması gözlənilir. Baxmayaraq ki, cənub klubunun son uğursuzluqları komandanın azarkeşlərini çox küsdürüb və onlar arenaya gəlməkdə o qədər istəkli deyillər. Amma bu dəfəki rəqibin prinsipial komanda olduğunu nəzərə alsaq, onlar derbidə sevimli klublarını dəstkəlməkdə maraqlıdılar.
Qeyd edək ki, bu oyun 15 min azarkeş tutumuna malik Lənkəran şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu oyun 15 min azarkeş tutumuna malik Lənkəran şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
