25 avqust 2013 20:55
Nduka 90 dəqiqə oynadı, Popoviç ehtiyatda qaldı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Samsunspor”la qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Nduka meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Bu, onun yeni komandasında debüt matçı olub. Popoviç isə bu dəfə ehtiyat oyunçular arasında yer alsa da, meydana çıxmaq şansı qazanmayıb.
Türkiyə PTT Birinci Liqası
2-ci tur
25 avqust
Tavşanlı Linyitspor - Samsunspor - 0:3
