26 avqust 2013 00:01
Kərimisiz Fethiyessporun oyunu yarıda qaldı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Balıkesirspor”la qarşılaşıb. Lakin bu oyun başa çatmayıb. Qonaqların 67 dəqiqə ərzində 4 qol vurduğu qarşılaşma yarıda dayandırılıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, o, məlum olmayan səbəblərdən ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almayıb.
Türkiyə PTT Birinci Liqası
2-ci tur
25 avqust
Fethiyespor - Balıkesirspor - 0:4
