26 avqust 2013 00:12
Subaşiç fərqləndi, Orduspor büdrədi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da bu gün növbəti matçına çıxıb.
Serb əsilli milliləşən futbolçumuzun komandası evdə “Mersin İdmanyurdu” ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Erkan Sözeri millimizin üzvünə bu oyunda da start heyətdə şans verib. O, sonadək mübarizə aparıb. O, 62-ci dəqiqədə sarı vərəqə almaqla da "fərqlənib".
Türkiyə PTT Birinci Liqası
2-ci tur
25 avqust
Orduspor - Mersin İdmanyurdu - 0:0
