26 avqust 2013 00:50
Cihan oynadı, komandası qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası evdə “Konyaspor”la üz-üzə gəlib. Qarşılaşma sivaslıların qələbəsiylə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Roberto Karlos onu 88-ci dəqiqədə meydana buraxıb.
Türkiyə Super Liqası
2-ci tur
25 avqust
Sivasspor - Konyaspor - 2:0
