25 avqust 2013 20:35
Abışov yenə ehtiyatda qaldı, Rubin xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Krılya Sovetov”la üz-üzə gəlib.
Oyun Kazanda keçirilirdi. Odu ki, həmyerlimizin komandası bu oyundan mütləq qalib ayrılmağı hədəfləmişdi. Amma kazanlıların bu istəyi baş tutmayıb və komanda yenə də xal itirib.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” geridə qalan 6 turda cəmi 8 xal toplaya bilib və 8-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
6-cı tur
25 avqust
Rubin - Krılya Sovetov - 1:1
