24 avqust 2013 14:49
Süleymanov: XL ilə matçın nəticəsi Tərlan Əhmədovun taleyinə təsir göstərməyəcək
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la qarşıdakı oyundan nə gözləyirsiz?
- Bu qarşılaşma Böyük oyun adını daşımağa layiqdi. Komandaların tutduğu yerdən asılı olmayaraq, bu oyunlar ətrafında həmişə böyük ajiotaj olur. Hesab edirəm ki, “Neftçi” ilə “Xəzər Lənkəran” bu cür rəqabətə layiqdilər. Bəzi insanlar neqativ amilləri önə çəkməyə çalışırlar. Amma mən hər şeyin yüksək səviyyədə keçəcəyinə əminəm. “Xəzər Lənkəran”dakı həmkarım Tuyqun Nadirovla da bir neçə dəfə danışmışam. Əvəzedicilərimiz Lənkərana problemsiz çatıblar. Hər şey polis nəzarətindədi. “Xəzər Lənkəran” tərəfi də hansısa problem yaranmaması üçün əlindən gələni edir.

- Bu oyun həm də Tərlan Əhmədovun Con Toşakla ilk dueli olacaq...
- Toşakı bütün dünya tanıyır. Şəxsən mənim üçün komandamızın belə bir mütəxəssisin kollektivinə qarşı oyununu izləmək xoş olacaq. Tərlan Əhmədovun da özünü göstərməsi üçün heç bir problem yoxdu. Klub prezidenti Sadıq Sadıqov tərəfindən komanda üçün hər bir şərait yaradılıb.
- Tərlan Əhmədov nə vaxt baş məşqçi postuna rəsmən təyin olunacaq?
- Baş məşqçi məsələsi Sadıq Sadıqovun səlahəyyətindədi. Nə vaxt lazım olsa, onda da rəsmi qərarı açıqlayacaq. Əsas odu ki, bizim məşqçilər korpusu ilə bağlı heç bir problemimiz yoxdu.
- “Xəzər Lənkəran”la oyunun nəticəsi Əhmədovun bu posta təyinatına mane ola bilər?
- Düşünmürəm ki, bircə oyunun nəticəsinə görə məşqçilərlə bağlı ciddi qərarlar qəbul etmək lazımdı. Bizim bu mövsüm “Xəzər Lənkəran”la daha üç oyunumuz olacaq. Biz nə oyunçuları, nə də məşqçiləri təzyiq altında saxlamaq istəyirik. Yekun nəticə bizim üçün daha önəmlidi.

- “Neftçi”ni Lənkəranda nə qədər azarkeş dəstəkləyəcək?
- “Neftçi”nin rəsmi fan-klubu yoxdu. Amma mümkündü ki, bəzi azarkeş qruplarımız Lənkərana yollansınlar. 50-100 azarkeşimizin olması istisna deyil.

- İqor Mitreski niyə son oyunlarda iştirak etmir?
- “Neftçi”nin geniş heyəti var və komandada ciddi rəqabət hökm sürür. Əgər Lionel Messi də “Barcelona”da ehtiyatda qalırsa, o zaman əlavə nəsə axtarmağa dəyməz.

- Böyükağa Hacıyevin yenidən “Neftçi”yə qayıdışı ilə bağlı nə deyə bilərsiz?
- O, “Neftçi” üçün çox iş görüb, böyük uğurlar qazandırıb. İki dəfə bu mütəxəssislə çempion olduq, bir dəfə ölkə kubokunu qazandıq, Avropa Liqasının qrup mərhələsində oynadıq. Azərbaycan klublarında işləyən bütün məşqçilərə belə uğurlar qazanmağı arzulayıram. Bu, xüsusilə də legionerlərə aiddi. Bizim indiki məşqçilərimiz də məhz Hacıyevin başladığı işi davam etdirirlər.