24 avqust 2013 15:35

“Qurban Qurbanov milliyə ən layiqli namizədlərdəndi”

Azerisport.az sizi AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun müsahibəsi ilə tanış edir.
 
- Berti Foqtsun millimizin baş məşqçisi kimi müqaviləsi başa çatır. Sizcə, onu kim əvəzləyə bilər?
- Məncə, bu gün yerli mütəxəssislərimizə daha çox yer verməli, şərait yaratmalıyıq ki, onlar futbolumuzu daha irəli apara bilsinlər. Söhbət milli komandalarımızdan gedir. Klubların işinə qarışa bilmərik. Onlar hansı sistemin özlərinə yaxın olduqlarını görürlər.
 
- AFFA İcraiyyə Komitəsində mövqeyinizi dəstəkləyənlər var?
- Belə bir müzakirə olmayıb. Olarsa, yəqin ki, dəstəkləyən olar. Mən onlardan soruşmamışam və müzakirə də etməmişik.
 
- Sizin mövqeyinizi həm də Gənclər və İdman Nazirliyinin rəsmisi kimi hökumətin də mövqeyi hesab etmək olar?
- Bu, mənim şəxsi mövqeyimdir. Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti olmağımla yanaşı, adi bir insan, azarkeş. Futbolumuzun inkişafını istəyən biri kimi belə düşünürəm.
 
- Bəs Sizcə, AFFA rəhbərliyi təklifinizə dəstək verə bilər?
- Hərənin öz fikri var. Amma məncə, məsələ qalxsa, əlbəttə, AFFA rəhbərliyi də dəstək verə bilər. Burada qeyri-adi bir şey yoxdur. Yenilik də təklif etmirəm. Bu, daim insanların ürəyindən gələn arzu, istəkdir. Ona görə də bu, qəbul olunandır. Söhbət milliyə yerli məşqçilərin gətirilməsindən gedir. Artıq aşağı yaş qruplarından ibarət yığmalarımızda gənc mütəxəssislərimiz çalışırlar. Bunlar yetişmiş, formalaşmış məşqçilərdir. Bu gün onları öz yığmalarımızın rəhbərliyində görürəm.
 
- Bəs Qurban Qurbanovu nə dərəcədə layiqli sayırsınız?
- Onun işi göz qabağındadır. Gördüyü işi insanlar bəyənirlər. 2 gün öncə “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə keçirdiyi Avropa Liqasının ilk “pley-off” matçında  Tofiq Bəhramov adına Respublika stadionunda boş yer yox idi. Hamı stadiona qələbə əzmi ilə gəlmişdi. Aydındır ki, rəqib çox güclü idi. Dünənin, bu günün komandası yox, dünyada şöhrət qazanmış klub idi. “Qarabağ” uduzsa da, tamaşaçılar razılıqla getdilər. Komandamız müqavimət göstərdi, oyun sərgilədi. Bunların hamısı Qurbanovun əməyi nəticəsində ərsəyə gəlmişdi. Bu səbəbdən, hesab edirəm ki, onun millimizə baş məşqçi təyin olunması daha məqsədəuyğundur. Elə mütəxəssislər də Qurban müəllimi daha yüksək qiymətləndirirlər. Fikrimcə, o, əsas namizədlərdən biridir. Amma başqa namizədlər də ola bilər.
 
- Yığmaya baş məşqçi təyin olunsa, Qurbanovun klubdakı işi necə olacaq?
- Bunu mən deyə bilmərəm. Ola bilər ki, klubda da qalsın. Belə təcrübə dünya futbolunda da var. Bizdə də ola bilər. Məncə, “Qarabağ”da işləyə-işləyə millinin də baş məşqçisi olması daha yaxşıdır.
 
- Fatih Terim kimi?
- Bəli. Çox düzgün müqayisədir.
 
- Danışıqlar nə zaman başlana bilər?
- Yalnız Foqstun AFFA ilə müqaviləsi bitdiyi ərəfədə və ya bitdikdən sonra.
 
- Yerli məşqçilərin daha münasib olduğunu dediniz. Elə isə 5 ildir niyə əcnəbi mütəxəssisə üstünlük verilir?
- O da bir təcrübə idi. Bizim ehtiyacımız var idi ki, xarici mütəxəssis dəvət edək, onun da təcrübəsindən yararlanaq. Bu gün futbolda böyük sistem yaradılıb və nəticəsini yaxınlarda görəcəyik. Bəziləri qısa müddətdə yüksək səviyyəli futbolçuların yetişməsini istəyir. Elə deyil. Bu gün uşaq futbol liqaları yaradılıb, müəyyən qədər formalaşıb, komandalara cəlb edilməkdədirlər. Bu yaxınlarda Premyer Liqa və I divizionda legioner sayını azaltmağa qərar vermişik. Bu isə yerli oyunçuların yetişməsindən və onların peşəkar komandalara cəlbinə hazır olmağımızdan xəbər verir. Artıq 21 yaşadək 2 futbolçunun 2014-2015-ci il mövsümündən Premyer Liqa klublarının əsas heyətində oynamalarına dair qərar qəbul etmişik. 5 il öncə bunları etsəydik, bütün klublar “Belə futbolçular yoxdur” deyə bizim üzümüzə qayıdardılar. Lakin bu gün belə futbolçular və onların arasından seçim aparmaq imkanı var.
 
- Digər yerli, amma təcrübəli mütəxəssislər vaxtilə millimizin baş məşqçisi olublar. Onların işi elə də yüksək səviyyədə alınmayıb. Bu baxımdan, yeni mütəxəssisin təyinatı realdır?
- Qurban Qurbanov indiyədək millimizin baş məşqçisi olmasa da, oynayıb. Bu səbəbdən, Qurbanovun nəfəsi yığmaya xaricdən gətirilən, amma futbolumuza bələd olmayandan daha çox xeyir verə bilər. Bir daha deyirəm: Qurbanov milliyə əsas namizədlərdən biridi. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.