25 avqust 2013 18:35
Azərbaycan Latviyaya qalib gəlib, üçüncü oldu
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü yeri tutub. Azerisport.az xəbər verir ki, 3-cü yer uğrunda bu gün keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu.
