25 avqust 2013 21:17
Qurban Qurbanov: Etiraf edim ki, bəxtimiz gətirdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 4-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Heyətimizdəki dəyişikliklərə baxmayaraq, uşaqlar öz güclərinə inandılar. Nəticədə qol vurmağı bacardıq. İkinci hissədə “Qəbələ” daha yaxşı oyun sərgilədi. Etiraf edirəm ki, qol buraxmadığımız üçün bəxtimiz gətirdi. Amma onu da qeyd etmək lazımdı ki, uşaqlar sona kimi vuruşdular. Bu, çox xoşuma gəldi”.
