25 avqust 2013 22:14
“Heyətlə bağlı problemlərimiz var”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 4-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk qolu vursaq da, ardını gətirə bilmədik. Rəqib bizi əks-hücumlarda tutdu. Pis oynadıq, heyətlə bağlı problemlərimiz var. Komandaya yeni qoşulan futbolçular tam uyğunlaşmayıb. Çalışıb, uğursuzluq zolağından çıxmalıyıq”.
