25 avqust 2013 22:25
“Hücumla müdafiə arasındakı balansı qoruya bilmirik”
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İndiyədək hücumla müdafiə arasındakı balansı qoruya bilmirik. Artıq neçənci oyundu ki, komanda ilk hissədə məğlub vəziyyətə düşür, ikinci hissədə isə daha yaxşı oynayırıq. Çoxlu qol epizodu yaratdıq, heç birindən də yararlana bilmədik. Qalib gələ bilmədiyimizə təəssüflənirəm. Qurban Qurbanova və “Qarabağ”a Avroliqada uğurlar arzulayıram”.
