25 avqust 2013 22:36
Tərlan Əhmədov: Fanatların futbolçularımızı təhqir etməsi onlara təsirsiz ötüşmədi
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun çətin keçəcəyini bilirdik. Çünki oyun ətrafında səs-küy çox idi. Buna baxmayaraq, öz oyunumuzu oynadıq. Futbolçularımızda həyacan hiss olunurdu. Amma şadam ki, uşaqlar sona kimi mübarizə apardılar. Baxmayaraq ki, tribunalardan onların ünvanına səslənən təhqirlər də təsirsiz ötüşmürdü. Artıq bu oyun geridə qalıb. Qarşıda “Bakı” ilə oyunumuz var. Bu görüşə hazırlaşacağıq”.
