25 avqust 2013 20:25
Qarabağın rəqibi ilk qələbəsini qazandı (YENİLƏNİB)
Futbol üzrə Almaniya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Eintracht” da bu gün növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə “Braunschweig”in qonağı olaub. Hər iki komanda əvvəlki iki oyununda məğlub olduğundan xalsız idi. Amma bu oyunda "Eintracht" nəhayət ki, uğursuz gedişata son qoya və qələbə qazana bilib.
Qeyd edək ki, “Eintracht" avqustun 29-da pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.
Almaniya Bundesliqası
3-cü tur
25 avqust
Braunschweig – Eintracht - 0:2
Qollar: A.Meyer, 52, S.Ayqner, 63.
